» » Valentina Matviyenko Azərbaycan prezidentini təbrik edib

Valentina Matviyenko Azərbaycan prezidentini təbrik edib

Bölmə: Siyasət
Valentina Matviyenko Azərbaycan prezidentini təbrik edibRusiya Federal Məclisi Federasiya Şurasının sədriValentina Matviyenko İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Xalqinfo.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası adından və şəxsən öz adımdan təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Sizin fəaliyyətiniz bundan sonra da ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına, beynəlxalq birlikdə layiqincə təmsil olunmasına, dövlətlərimiz arasında qarşılıqlı hörmətə və mehriban qonşuluq münasibətlərinə əsaslanan əlaqələrin möhkəmlənməsinə kömək edəcək.

Ümidvarıq ki, Rusiya ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq, o cümlədən parlamentlər səviyyəsində əlaqələr dost ölkələrimizin və xalqlarımızın mənafeyi və rifahı naminə uğurla davam edəcək və genişlənəcək.

Hörmətli İlham Heydər oğlu, ali dövləti vəzifənizdə Sizə səmimi qəlbdən səmərəli və məhsuldar fəaliyyət, möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzulayıram”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler