» » Bu gün yeni baş nazir seçilir - Yenilənir

Bu gün yeni baş nazir seçilir - Yenilənir

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Bu gün yeni baş nazir seçilir - YenilənirBu gün Milli Məclisin plenar iclası keçiriləcək.

Xalqinfo.az xəbər verir ki, iclasda Azərbaycanın yeni baş naziri təsdiqlənəcək.

Qeyd edək ki, Azərbaycanda hazırkı baş nazir Artur Rəsizadə 1996-cı ildən bu vəzifəni icra edir.

83 yaşlı baş nazirin uzun müddət vəzifədə qalması ictimaiyyət nümayəndələri arasında tez-tez müzakirələrə səbəb olurdu.

****

Hazırda İlham Əliyev Artur Rəsizadə ilə görüşərək uzun illər dövlət qulluğunda yüksək vəzifələrdə səmərəli fəaliyyət göstərdiyinə görə təşəkkür edib.

Bir neçə saatdan sonra isə Azərbaycanın yeni baş nazirinin adı məlum olacaq.

Onu da qeyd edək ki, bu gün seçiləcək şəxs Azərbaycanın 28-ci baş naziri olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler