» » Tailandın baş prokuroru Azərbaycanın korrupsiya ilə mübarizəsindən danışdı

Tailandın baş prokuroru Azərbaycanın korrupsiya ilə mübarizəsindən danışdı

Bölmə: Siyasət
Tailandın baş prokuroru Azərbaycanın korrupsiya ilə mübarizəsindən danışdıBeynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin Bakıda keçirilən 45-ci iclası mükəmməl təşkilatçılığa görə əvvəlkilərdən fərqlənir. Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi bizə xoş təsir bağışladı. Ölkəniz regional və beynəlxalq əməkdaşlıqda öz fəallığı ilə daim seçilir.

Xalqinfo.az xəbər verir ki, bunu BPA İcraiyyə Komitəsinin Bakıda keçirilən iclasında iştirak edən Tailandın baş prokuroru Keunçai Çutivonqse AZƏRTAC-a müsahibəsində deyib.

Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirən K.Çutivonqse bildirib ki, qarşıda duran problemlərin həllində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bu prosesdə Azərbaycan çox fəaldır. Azərbaycanın nümayəndələri BPA-nın və digər müvafiq beynəlxalq qurumların tədbirlərində aktiv iştirak edirlər. Xüsusilə, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin yüksək səviyyədə aparılması ölkənizin bu sahədə qətiyyətini göstərir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler