» » Qubad İbadoğlu və Vurğun Əyyub yeni partiya yaradır?-

Qubad İbadoğlu və Vurğun Əyyub yeni partiya yaradır?- İDDİA

Bölmə: Siyasət
Qubad İbadoğlu və Vurğun Əyyub yeni partiya yaradır?-Başqanlığa keçmiş namizəd Qubad İbadoğlu və Müsavat Partiyasının Məclis üzvü Vurğun Əyyub partiya daxilindəki narazıların ayrılaraq “Azad Müsavat Partiyası” yaradacağı barədə iddialara münasibət bildiriblər.Xalqinfo.az bildirir ki, Q. İbadoğlu apa-ya açıqlamasında bu tip informasiyaların bir mərkəzdən yayıldığını və heç bir əsasının olmadığını deyib: “Bunlar yalandır və eyni mərkəzdən məlum məqsədlərlə yayılan məlumatlardır. Hətta mənim əvvəllər işlədiyim İqtisadi Tədqiqatlar Mərkəzinə məxsus ofis qeyri-qanuni olaraq bağlanıb. Müsavat Partiyasından getmək, başqa siyasi partiyada təmsil olunmaq və ya yeni partiya yaratmaq fikrimiz yoxdur. Belə bir müzakirə heç vaxt olmayıb”.

Müsavat Məclisinin üzvü Vurğun Əyyub da yayılan informasiyaları təkzib edib: “Hər hansı bir partiya yaradılması istiqamətində müzakirələr getmir. Biz Müsavat Partiyasının üzvləriyik və partiyanın demokratik şəkildə idarəçiliyində maraqlıyıq, fəaliyyətimizi də buna yönəltmişik”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler