» » Prezidentliyə namizədliyi irəli sürülən 13 nəfər - Siyahı

Prezidentliyə namizədliyi irəli sürülən 13 nəfər - Siyahı

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Prezidentliyə namizədliyi irəli sürülən 13 nəfər - Siyahı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən daha 1 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Xalqinfo.az-ın məlumatına görə, bununla prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 13-ə çatıb.

Növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslər hələ ki bunlardır:

Azərbaycan prezidenti İlham Əliyev - prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev - prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Zahid Oruc - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Fərəc Quliyev - prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Araz Əlizadə - prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Asif Məmmədov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Razi Nurullayev - prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;

Elşən Həsənov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Hafiz Hacıyev - prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;

Fuad Əliyev - prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Tural Abbaslı - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Anar Umudov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Ramazan Bəkirov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler