» » Vurulan erməni pilotu: işğalçının həyasız yalanı üzə çıxdı! - FOTO

Vurulan erməni pilotu: işğalçının həyasız yalanı üzə çıxdı! - FOTO

Bölmə: Siyasət, MANŞET
Vurulan erməni pilotu: işğalçının həyasız yalanı üzə çıxdı! - FOTOÖtən gün Ermənistan silahlı qüvvələrinə məxsus "Mi-24" hərbi helikopterinin işğal altında olan ərazilərimizdə vurulmasından sonra düşmən tərəf yalanları bir-birinin ardına qoşmağa başladı. Vurulan helikopterin Ermənistana deyil, qondarma "Dağlıq Qarabağ Respublikasına" məxsus olduğunu bəyan etdilər. Sonradan ölən hərbçilərin adlarını da açıqladılar və bununla da öz yalanlarını faş etdilər.

Separatçıların "müdafiə nazirliyi" bəyanat yayaraq bildirdi ki, "Dağlıq Qarabağ Respublikasının" helikopteri vurulub. Bundan sonra News.am, Panarmenian.net və ermənilərin digər aparıcı xəbər resursları ölənlərin adlarını açıqladı. Azərbaycan mövqelərinə hücuma keçmək cəhdi edərkən məhv edilən erməni hərbçiləri mayor Sergey Saakyan, ekipaj üzvləri - baş leytenant Sarqis Nazaryan və leytenant Azat Saakyan olub.

Xalqinfo.az milli.az-a istinadən bildirir ki, məhv edilən erməni hərbçilərinin Facebook səhifəsində mayor Sergey Saakyanın Dağlıq Qarabağdan deyil, məhz Ermənistandan olduğu qeyd olunur. Saakyan sosial şəbəkədəki profilində doğulduğu və yaşadığı yer kimi Ermənistanın paytaxtı Yerevan şəhərini göstərir.

Bu xəbərimizdən sonra ermənilər həmin profilin saxta və ya başqa adama məxsus olduğunu iddia edə bilərlər. Ermənilərin ehtimal olunan belə bir arqumentlərinin qarşısını almaq üçün ortaya daha bir fakt qoyuruq. Həmin pilot zərərsizləşdirildikdən sonra çoxsaylı Yerevan dostları fotonun altında ölümü ilə bağlı kədərləndiklərini qeyd ediblər.

Bütün bu faktlar erməni yalanlarını açıq-aşkar ortaya qoyur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler