» » Milli Məclisin dövlət büdcəsinin müzakirəsinə başlayacağı vaxt açıqlandı

Milli Məclisin dövlət büdcəsinin müzakirəsinə başlayacağı vaxt açıqlandı

Bölmə: Siyasət
Milli Məclisin dövlət büdcəsinin müzakirəsinə başlayacağı vaxt açıqlandıAzərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin Milli Məclisdə plenar müzakirəyə çıxarılma vaxtı açıqlanıb
Xalqinfo.az bildirir ki, Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu apa-ya açıqlamasında bildirib ki, büdcə zərfinin MM-də plenar müzakirəyə çıxarılması noyabrın 18-ə təyin olunub.

Dövlət büdcəsinin parlamentdə müzakirəsi noyabrın 19-u, 20-i və 21-də də davam edəcək.

Büdcə zərfinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanunu daxildir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler