» » "Qonşularla açıqürəkli münasibətlər qurmaq lazımdır" -

"Qonşularla açıqürəkli münasibətlər qurmaq lazımdır" - Prezident

Bölmə: Siyasət
"Qonşularla açıqürəkli münasibətlər qurmaq lazımdır" - Azərbaycanda daxili təhdidlər və risklər yoxdur.

Xalqinfo.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində çıxışında deyib.

“Azərbaycan sərhədlərində də təhlükəsizliyini təmin etməlidir”, - deyən İ. Əliyevin sözlərinə görə, qonşularla münasibətlər hər bir ölkə üçün prioritet olmalıdır.

Prezident qeyd edib ki, bu, xüsusilə bizim region üçün aktualdır. Qonşularla açıq ürəkli və praqmatik münasibətlər qurmaq lazımdır.

Dövlət başçısının sözlərinə görə, bu, həm özünün milli maraqlarını müdafiə etmə, həm də qonşuların milli maraqlarını nəzərə alma əsasında olmalıdır:

“Azərbaycan məhz belə münasibətlər qura bilib. Azərbaycanın torpaqlarının 20 faizini işğal edən Ermənistandan başqa bütün qonşuları ilə yaxşı münasibətləri var. Bizim Xəzər dənizi və quru yolu ilə bütün qonşularla xüsusi əməkdaşlıq münasibətlərimiz mövcuddur. Ölkəmiz gəncdir, cəmi 26 yaşı var. Lakin Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib. Azərbaycan müstəqil xarici siyasət formalaşdıra bilib. Bu xarici siyasət bizim milli maraqlarımıza uyğundur və qonşularımızın maraqlarına zidd deyil”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler