» » "Öz xərclərimizi optimallaşdırırıq" -

"Öz xərclərimizi optimallaşdırırıq" - İlham Əliyev

Bölmə: Siyasət
"Öz xərclərimizi optimallaşdırırıq" -
İqtisadiyyatın diversifikasiyası bizim əsas məqsədimizdir: düşünürəm ki, bu istiqamətdə yaxış uğurlar əldə etmişik.

Xalqinfo.az-ın xəbərinə görə, bunun Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya iqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində deyib.

Prezident deyib ki, neftin qiyməti düşəndə Azərbaycanda elan edib ki, artıq postneft dövrü başladı, biz neft və qazı unutmalıyıq.

“Mövcud neft-qaz layihələrini davam etməliyik, lakin əsas gəlir kimi texnologiya, innovasiya, sənaye, sahibkarlıq, kənd təsərrüfatına diqqətə yetirməliyik. Biz bu istiqamətdə ciddi islahatlar həyata keçirdik və yaxşı nəticələr əldə olundu. Ötən il ölkədə qeyri-neft iqtisadiyyatı 3 faiz və qeyri-neft sənayesi 4 faizi artdı. İqtisadiyyatımızın diversifkasiyası prosesi gedir və bizim dayanmaq planımız yoxdur. Hazırda neft qiyməti artır, lakin bu, sadəcə, bizim ehtiyatlarımızı artıracaq”, - deyə prezident vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, biz öz xərclərimizi optimallaşdırırıq:

“Keçən il neftin qiymətinin düşməsinə baxmayaraq, biz əlavə 4.5 milyard dollar qazandıq və ehtiyatlarımızı artırdıq. Neft və qaz iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edəcək. Qeyri-neft sektoru isə bizim ÜDM-in 70 faizini təşkil edir. Bizim hədəfimiz ixrac portfelimizdə qeyri-neft məhsullarının həcmini artırmaq məqsədi ilə ixracı diversifikasiya etməkdir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler