» » “Fraksiya yaradılmasına heç kim əngəl ola bilməz” -

“Fraksiya yaradılmasına heç kim əngəl ola bilməz” - Tural Abbaslı

Bölmə: Siyasət
“Fraksiya yaradılmasına heç kim əngəl ola bilməz” - “Fraksiyanın yaradılmasına he, kim əngəl ola bilməz, çünki nizamnamədə fraksiya yaradılmasına qadağa yoxdur”.Xalqinfo.az bildirir ki, bunu aznews.az-a açıqlamasında Müsavat partiyasının üzvü Tural Abbaslı deyib. O bildirib ki, dünya hüquq praktikasında da qəbul olunmuş bir münasibət var ki, qanunla qadağan olunmamış hər şeyə icazə var:

“Odur ki, müsavatçıların birləşmə və bir araya gəlmək hüququnu heç kim məhdudlaşdıra bilməz”.

“Nizamnamədə göstərilməyən fraksiya ideyası partiyaya, Məmməd Əmin Rəsulzadə ideologiyasına qarşı çıxmaq deyilmi?” sualına T.Abbaslının cavabı belə olub: “Burada yeni və qeyri-adi nəsə yaradılmır ki, bunu nizamnamə pozuntusu kimi qələmə verək. Bugünkü rəhbərliyin fəaliyyətini bəyənməyən müsavatçılar partiya daxilində bir araya gəlir və eyni mövqedən çıxış edir. Buna partiya daxilində demokratik münasibətləri qorumaq üçün yaradılacaq daxili müxalifət də demək olar. Yəni fraksiya sırf texniki və təşkilatı məsələdir, nəinki ideologiya. Odur ki, burada Rəsulzadə ideologiyasına zidd nəsə ola bilməz. Onda bu yanaşma ilə yanaşsaq, partiyada nizamnamədə nəzərdə tutulmayan İcra Aparatını və onun fəaliyyətini də Rəsulzadə ideologiyasına zidd hesab edəcəyik”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler