» » Yerevana "qardaş" şilləsi:

Yerevana "qardaş" şilləsi: ermənilər Qarabağ məsələsində uduzdular

Bölmə: Siyasət
Yerevana "qardaş" şilləsi:"Gürcüstandakı siyasi situasiya ölkədə qeyri-stabilliyin artmasına səbəb ola bilər. Noyabrın əvvəlində baş nazir İrakli Qaribaşvilinin hökumətində müdafiə naziri İrakli Alasaniya, Avropa və Atlantika inteqrasiyaları üzrə dövlət naziri Aleksi Petriaşvili və xarici işlər naziri Mayya Pancikidze təki neçə önəmli nazirliklərin rəhbərləri istefa verdilər. Nazirlərin müavinləri də postlarını itirdilər. Yeni müxalifətçilərin lideri İ.Alasaniya ölkə rəhbərliyi avroatlantik inteqrasiya kursuna yetərincə sadiq qalmamaqda suçlayıb. Sabiq prezident Mixail Saakaşvilinin tərəfdarlarından ibarət olan Vahid Milli Hərəkatın rəhbərliyi isə Alasaniya "Rusiya işğalına qarşı birgə çıxmağa çağırıb".

Rusiyanın lenta.ru internet qəzetində dərc olunmuş "Rusiya Ermənistanın sərhədlərinə çıxacaq" adlı yazıda belə deyilir. Geniş, gen-bol "şərhlər və təhlillər"lə zəngin məqalə siyasi provokasiya, Cənubi Qafqaz ölkələrinin rəhbərliklərinin reaksiyalarının öyrənilməsi və müxalifətin cavablarının tədqiqatına yönəlmiş zondaj da sayıla bilər.

Əslində, elə bu cürdür.

Amerika guya müşahidə edir

Rusiyanın Cənubi Qafqazdakı mövqelərini möhkəmlətmək və bölgədəki forpostu Ermənistanla yanaşı, separatçı qurumlardan yararlanmaq cəhdlərini ABŞ diqqətlə izlədiyini bəyan edib. Birləşmiş Ştatların Dövlət Departamentinin rəsmisi Ceyn Psaki "Gürcüstandakı siyasi böhrandan narahat olduqlarını" vurğulayıb, rəsmi Tiflisi "ölkədə stabillik və demokratiyanı qorumağa" çağırıb.
Yerevana "qardaş" şilləsi:

Ekspertlər isə bildirirlər ki, amerikalıların guya "müşahidə" etdikləri vəziyyəti Rusiya bilərəkdən gərginləşdirir. Daha doğrusu, Moskva bu dəfə Gürcüstanda Ukrayna ssenarisini işə salaraq destabilizasiya yaratmaq niyyətində suçlanır.

Bəhs etdiyimiz məqalədə buna aşkar işarə vurulur və deyilir: "Belə şəraitdə Rusiya Abxaziya və Cənubi Osetiya ilə bağlı müttəfiqlik öhdəliklərini yerinə yetirməklə yanaşı, stabillik və əhalinin təhlükəsizliyinin təminatı, habelə Gürcüstan regionlarında iqtisadiyyatın normal vəziyyətini təmin etmək məcburiyyətində qalacaq.

Belə halda Gürcüstanın ayrı-ayrı regionlarının əhalisi və Moskva tərəfindən legitimliyi tanınan yerli hakimiyyət strukturları ilə Rusiya birbaşa, ikitərəfli qaydada əməkdaşlıq və inteqrasiya müqavilələri imzalaya bilər".

Gürcüstanın bölünmə ssenarisi

Gürcüstandakı siyasi böhrandan yararlanmağa çalışan Rusiyanın Osetiyanın ilhaqına, Samstxe-Cavaxetiyanın da anşlüsünə can atdığı ilə bağlı iddialar səslənir.

İddiaların ən intensiv şəkildə gündəmə gətirildiyi məkan isə Ermənistandır. Erməni siyasətçilərin fikrincə, Gürcüstanda NATO qüvvələrinin yerləşməsi ehtimallarını birdəfəlik yox etməyə çalışan Rusiya həm də Ermənistanı özünə birləşdirmək istəyir.

Oktyabrın 31-də Vladiqafqazda "Osetinlərin Ali Şurası" adlı "beynəlxalq ictimai hərəkat"ın qurultayı keçirilib. Cənubi Osetiya Respublikasının prezidenti Eduard Kokoytı qurultayda çıxış edərək bildirib ki, Trus dərəsi və Kobin vadisi, əslində, Osetiyaya məxsusdur. Halbuki, həmin bölgələr Gürcüstanın Kazbeqi rayonunun əraziləridir.
Yerevana "qardaş" şilləsi:

"Kazbeqi rayonunda olmağımız Hərbi-Gürcüstan yolunun ən mühüm strateji hissəsinə nəzarət etməyə imkan verəcək. Bu yol isə Rusiyadan Ermənistana ən qısa magistraldır. Moskva həm də Rusiyanın Şimali Qafqaz bölgəsini Şimali və Cənubi Osetiyalar vasitəsilə Gürcüstan, Ermənistan və İranla birləşdirən Transqafqaz Avtomobil Magistralının inkişafında da maraqlıdır.

Şimali Qafqaz dəmir yolunu Cənubi Qafqaz dəmir yolu ilə birləşdirəcək 160 kilometrlik Alagir-Sxinvali dəmir yolu hissəsinin də inşası məsələsi nəzərdən keçirilir. Ermənistana "Qərb marşrutu" Qori rayonundan keçir, Trialet Osetiyasının yanından ötür və sakinlərinin əksəriyyəti ermənilər olan Samtsxe-Cavaxetiyaya uzanır", - "Lenta" yazır.

Yerevandakı politoloqların fikrincə, Rusiya faktiki olaraq Abxaziya və Osetiyadakı separatçı rejimlərdən yeni oyunda fiqurlar kimi yararlanaraq planlarının reallaşdırılmasına Cavaxetiyadakı erməniləri də çəkmək istəyir.

Ermənilər şokdadır: "Qarabağ əldən getdi"

Rusiyanın Dövlət Dumasında indi "Rusiya və Abxaziya arasında müttəfiqlik və strateji tərəfdaşlıq müqaviləsi" layihəsi müzakirə olunur. Abxaziyadakı separatçı rejimin rəsmi Moskvaya təqdim etdiyi sənədi, əslində, Rusiya XİN-i hazırlayıb və layihənin adı ilkin versiyada "Müttəfiqlik və inteqrasiya haqqında müqavilə" idi.

Sənədin yekun variantının bu ilin sonunadək razılaşdırılacağı gözlənilir.

Rusiya və Cənubi Osetiya arasındakı "inteqrasiya"nı da nəzərdə tutan analoji sənəd hazırlayır.
Yerevana "qardaş" şilləsi:

"Müttəfiqlik və inteqrasiya" Moskva üçün Abxaziya ilə Osetiyanın perspektivdə Krım təki Rusiyaya birləşdirilməsini ehtiva edir.

Sənədlər əsasında əldə ediləcək anlaşmaların sonucu Abxaziya ilə Osetiyanın Avrasiya İqtisadi Birliyinin ümumi hüquqi, hərbi, gömrük məkanına daxil edilməsidir.

"Belə ikitərəfli müqavilələr Rusiyanın xarici siyasətinin yeni alətinə çevrilə bilər. Yəni Rusiya beynəlxalq münasibətlərdə arzuolunmaz problemlərlə qarşılaşmadan Cənubi Qafqazdakı maraqlarını təmin edərək məqsədlərini reallaşdıra bilər", - Moskvadakı mənbələr vurğulayırlar.

O da deyilir ki, Rusiya Krımı özünə birləşdirəndən sonra yeni ərazilərin "udulması" prosesini hələlik dayandırıb. Amma yaxın perspektivdə Abxaziya ilə Cənubi Osetiyanın bu və digər formada Rusiyaya "könüllü birləşmələri" istisna olunmur.

Qalmaqallı məqalədə bununla bağlı aşkar mesajlar var: "Rusiyanın Cənubi Qafqaz bölgəsində hələlik iki ən mühüm məqsədi var. Onlardan biri Gürcüstanda NATO-nun hərbi infrastrukturunun yaradılmasına və ölkənin Avropa Birliyinin iqtisadi strukturlarına genişmiqyaslı şəkildə qatılmasına əsla yol verməməkdir. Digər məqsəd isə Ermənistana etibarlı nəqliyyat çıxışının təminatıdır. Ermənistan Avrasiya İqtisadi Birliyinə qatılıb və Yerevanın bu bloka tam inteqrasiyası, Avrasiya əlaqələrinin potensialının reallaşdırılması üçün Rusiya ilə Ermənistan arasında ümumi sərhədin olması şərtdir. Daha sonra isə Avrasiya İqtisadi Birliyinin sərhədçiləri və gömrükçüləri Ermənistan-İran sərhədində durmalıdırlar. Bundan başqa, Rusiyanın Ermənistandakı hərbi bazasının ən yüksək səviyyədə fəaliyyəti təmin olunmalıdır".

Beləliklə, Rusiya separatçı rejimlər tərəfindən "idarə" olunan Abxaziya və Cənubi Osetiyanı Ermənistanla bir tutduğunu bəyan etməklə yanaşı, Ermənistanın sərhədlərinin də "Avrasiya İqtisadi Birliyi müstəvisi"ndə rusiyalı sərhədçilər və gömrükçülərin tam nəzarətinə keçəcəyini vurğulayıb.

Ermənistan rəhbərliyi Avrasiya İqtisadi Birliyinə üzv olmaqla bağlı müqavilə imzalayanda Rusiya və Qazaxıstan Yerevan qarşısında ultimativ şərt qoyaraq ölkə sərhədlərinin elə indiki hüdudlar çərçivəsində tanındığını bildirmişdilər.

Yəni rəsmi Yerevanın bütün səylərinə və cəhdlərinə rəğmən, Dağlıq Qarabağla bahəm, Azərbaycanın erməni işğalında olan digər əraziləri "erməni torpaqları" sayılmamışdı.
Yerevana "qardaş" şilləsi:

Rəsmi Moskva xoflanmış erməniləri sakitləşdirmək və "ruslar bizi satdılar" açıqlamalarına son qoymaq üçün "Ermənistan-Azərbaycan sərhədində Avrasiya İqtisadi Birliyinin sərhədçiləri ilə gömrükçüləri olmayacaq" bəyanatını versə də, son hadisələr Rusiyanın planlarının dəyişmədiyini göstərir.

Hərgah rəsmi Moskva hələlik dolayı yolla, "mediaya sızdırmalar" vasitəsilə Ermənistan-İran sərhədində "yeni reallıqlar və imzalanmış anlaşmaların şərtləri çərçivəsində" Avrasiya İqtisadi Birliyinin, yəni Rusiyanın sərhədçiləri və gömrükçülərinin duracaqlarını aşkar bəyan edirsə, Ermənistan-Azərbaycan sərhədinin ermənilərin nəzarətində qalacağı şübhəlidir.

Üstəlik, "Ermənistana birbaşa nəqliyyat çıxışı" üçün Gürcüstan əraziləri olan Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimləri "inteqrasiya"ya, yəni faktiki olaraq Rusiyaya daxil olmağa çağıran Moskvanın gündəliyində Dağlıq Qarabağ yoxdur.

Bu isə Rusiyanın qarabağlı erməniləri oyundan kənar saydığı, Dağlıq Qarabağdakı separatçı rejimi perspektivsiz, mənasız yığnaq hesab etdiyi anlamına gəlir.

Ermənistandakı siyasətçilər və media "Qarabağ məsələsində uduzduq: Rusiya bizi maraqlarına qurban verdi" tipli açıqlamalar verirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler