» » “Müsavatın daxilində fraksiya yaradıla bilməz”

“Müsavatın daxilində fraksiya yaradıla bilməz”

Bölmə: Siyasət, BLOK XƏBƏR
“Müsavatın daxilində fraksiya yaradıla bilməz”“Müsavat partiyasının daxilində hər hansı bir fraksiya yaradıla bilməz. Bu, Müsavat partiyasının nizamnaməsində nəzərdə tutulmayıb”.

Xalqinfo.az bildirir ki, bunu aznews.az-a açıqlamasında Müsavat partiyasının Divan üzvü Osman Kazımov deyib. O bildirib ki, fraksiyanı yalnız Müsavatın parlamentdə təmsil olunan deputatları yarada bilər.

O.Kazımovun fikrincə, bu, nizamnamə pozuntusudur: “Nizamnamə pozuntusu ilə bağlı bu məsələ müzakirə olunur və nəticəsi barədə məlumat veriləcək”.

Divan üzvü Müsavat partiyasının zona müşavirələri ilə bağlı qalmaqal doğuran bəyanata da aydınlıq gətirib: “Zona müşavirələri zamanı ümumi razılığa gəlinib. Mənim tərəfimdən hər hansı bəyanat, yaxud da layihə təklif edilməyib. Bu, yalan məlumatdır. Bəyanat müşavirədə iştirak edən rayon təşkiatları və Müsavatın Gəncə Şəhər Təşkilatı tərəfindən qəbul edilib. Mingəçevir Təşkilatının sədri də həmin bəyanatla razı olduğunu bildirib. Lakin o, Mingəçevirə qayıtdıqdan sonra bir qədər fərqli fikir səsləndirib”.

Qeyd edək ki, Müsavat partiyasının bölgələrdə keçirdiyi zona müşavirələrində qəbul edilən bəyanatlarla bağlı narazılıq yaranıb.

Müsavatın Ağcabədi və Mingəçevir Rayon Təşkilatları mətbuata verilən bəyanatla qətiyyən razı olmadıqlarını deyiblər.

Ağcabədi rayon təşkilatının sədr müavini İbrahim Hacıbəyli isə bildirib ki, noyabrın 9-da Ağcabədidə keçirilən müşavirədə heç bir bəyanata imza atılmayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler