» » Rusiyadan Azərbaycanla bağlı hesabatına görə ABŞ-a - Sərt reaksiya

Rusiyadan Azərbaycanla bağlı hesabatına görə ABŞ-a - Sərt reaksiya

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Rusiyadan Azərbaycanla bağlı hesabatına görə ABŞ-a - Sərt reaksiya
Rusiya Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr siyahısına daxil etməsinə münasibət bildirib.

Xalqinfo.az xəbər verir ki, XİN nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, buna səbəb Azərbaycanın bir neçə beynəlxalq idman, mədəniyyət yarışlarına uğurla ev sahibliyi etməsi olub:

“Bunu o adamlar yaza bilər ki, heç vaxt Bakıda olmayıblar. Mən dəfələrlə və böyük məmuniyyətlə Azərbaycana səfər etmişəm. Bakını gəzmişəm, tarixi mərkəzlərə, restoranlara, muzeylərə getmişəm. Turistlərə Bakıya getməməklə bağlı xəbərdarlıq etmək tam cəfəngiyyatdır.

Bunu o adam yaza bilər ki, Azərbaycan, onun mədəniyyəti, siyasi reallığı haqda təsəvvürü yoxdur. O insanlar çətin ki, Azərbaycanın xəritədə harada yerləşdiyini tapa bilsinlər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler