» » Qənirə Paşayeva “Cümhuriyyəti İli”ni şərh etdi

Qənirə Paşayeva “Cümhuriyyəti İli”ni şərh etdi

Bölmə: Siyasət
Qənirə Paşayeva “Cümhuriyyəti İli”ni şərh etdiCənab prezidentimiz İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi ilə bağlı qərarı bütün ölkəmizdə olduğu kimi, ölkəmizdən kənarda yaşayan cümhuriyyət qurucularının ailə üzvləri tərəfindən də yüksək qiymətləndirilir.

Xalqinfo.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

Millət vəkili deyib ki, onların bir çoxunun artıq bununla bağlı məlumatı var.

“Bu gün telefonla bəzi cümhuriyyət qurucularımızın ailələri, nəvə-nəticələri ilə danışdıq. Cənab prezidentin bu addımını yüksək qiymətləndirməklə bərabər, keçiriləcək tədbirlərdə məmuniyyətlə iştirak etmək istədiklərini də bildirdilər. İnanıram ki, tədbirlər keçirildiyində bu məsələ mütləq nəzərə alınacaq və cümhuriyyət qurucularının nəvə-nəticələri mütləq bu önəmli tədbirlərdə iştirak edəcəklər.

Bu qərar və keçiriləcək tədbirlər bir daha bütün müsəlman Şərqində ilk parlamentli demokratik cümhuriyyət quran Azərbaycanın təbliğinə də öz ciddi dəstəyini göstərəcək. Cənab Prezidentə bir daha təşəkkürlər. Nur içində yatsın Cümhuriyyət quran dədələrimiz!”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler