» » 300 azərbaycanlı Ukrayna DİN-ə ultimatum verdi

300 azərbaycanlı Ukrayna DİN-ə ultimatum verdi

Bölmə: Siyasət
300 azərbaycanlı Ukrayna DİN-ə ultimatum verdiDünən Azərbaycanın Ukraynadakı diasporunun 300-dən çox nümayəndəsi Kiyevdə Daxili İşlər Nazirliyi binası qarşısına toplaşaraq, hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyinə etiraz edib.

Xalqinfo.az xəbər verir ki, azərbaycanlı sahibkarlar ölkədə baş alan quldurluğa görə şəxsən Ukrayna daxili işlər naziri Arsen Avakovun cavabdeh olduğunu hesab edir, azərbaycanlılara qarşı etnik zəminli cinayətlərin törədildiyindən şikayətlənir.

Həmvətənlilərimiz bir həftə ərzində təhlükəsizlik qüvvələri əməkdaşları və quldurlar tərəfindən oğurlanan 20-dən çox azərbaycanlının qaytarılması tələbi ilə ultimatum verib. Əks təqdirdə sahibkarlar polis şöbələrinə və ukraynalı qatı millətçilərin qərargahlarına hücum edəcəklərini bəyan ediblər.

Fəallar bildiriblər ki, digər millətlərin minlərlə nümayəndəsi, o cümlədən Ukraynada yaşayan qazaxlar, yunanlar, macarlar və digər millətlərdən olan nümayəndələr anoloji aksiyalarda iştirak etməyə hazırdır. Belə ki, həmin icmalardan olan iş adamlarının fəaliyyəti ilə bağlı vəziyyət acınacaqlıdır və fəalların dediyinə görə, ölkədəki korrupsiya, reyderçilik və şantaj yolu ilə soyğunçuluqda birinci növbədə Arsen Avakov və onun millətçi birləşmələri günahkardır. Belə birləşmələrin ticarət və inşaat sahəsində reket fəaliyyəti hesabına pul qazandığı bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler