» » Dünya liderləri İlham Əliyevi təbrik edir

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bölmə: Siyasət
Dünya liderləri İlham Əliyevi təbrik edir
MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Siz çoxillik dövlət idarəçiliyi təcrübəsinə maliksiniz və haqlı olaraq uzaqgörən siyasi xadim, müdrik rəhbər hesab edilirsiniz.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası cəmiyyət həyatının bütün sahələrində təkmilləşmə və modernləşmə yolu ilə ardıcıl surətdə irəliləyir.

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və dünyada baş verən proseslərə münasibətdə fəal mövqeyi Sizin adınızla bağlıdır.

Birlik ölkələrində Sizi sülhün və qarşılıqlı anlaşmanın qorunub saxlanmasına yönəlmiş konstruktiv və bərabərhüquqlu beynəlxalq əməkdaşlığın tərəfdarı kimi yaxşı tanıyır və yüksək qiymətləndirirlər.

Əminəm ki, Sizin siyasi iradəniz və müdrik dövlətçilik mövqeyiniz bundan sonra da iqtisadi cəhətdən güclü və inkişaf etmiş dövlətin formalaşmasına şərait yaradacaq, Müstəqil Dövlətlər Birliyi çərçivəsində əldə edilmiş razılaşmaların reallaşmasına yönəlmiş birgə səylərimiz Azərbaycanın və MDB iştirakçısı olan digər dövlətlərin rifahı naminə daha sanballı praktiki nəticələrə gətirib çıxaracaq.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.

***

Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə çoxmillətli Dağıstan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizin yorulmaz səyləriniz, ölkənin milli maraqlarına və vətəndaşların firavanlığına qayğınız sayəsində gələcəyə istiqamətlənən, sosial-iqtisadi və mədəni inkişaf sahəsində sanballı uğurlar qazanan Azərbaycan dünya birliyində layiqli yer tutur. Qonşumuz Azərbaycanın uğurlarına biz də ürəkdən sevinirik. Sizin xalqlarımız arasında dostluğun möhkəmlənməsinə böyük şəxsi töhfənizi, qarşılıqlı faydalı iqtisadi və humanitar layihələr həyata keçirmək, tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək səylərinizi Dağıstanda yüksək qiymətləndirirlər.

Sizə çoxşaxəli fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı qəbul edin.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm”.

***

Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin sədri Ruslan Edelgeriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Biz Sizi Azərbaycan xalqının inkişafına və rifahına yönəlmiş uzaqgörən siyasət yürüdən müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvəri kimi tanıyırıq.

Əminəm ki, Sizin səyləriniz sayənizdə Azərbaycan Respublikası bundan sonra da demokratik dövlətçilik təsisatlarının təkmilləşdirilməsi, davamlı iqtisadi və sosial inkişaf yolu ilə irəliləyəcək. Xalqın daimi dəstəyi və etimadı, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq istəyiniz bundan sonra da Sizin dövləti fəaliyyətinizdə uğurlara şərait yaradacaq.

İcazə verin, bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı bildirim”.

***

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Siz çoxmillətli Azərbaycanda və onun hüdudlarından kənarda böyük hörmət və nüfuz qazanmısınız. Sizin Vətəninizə sədaqətlə xidmət etməyiniz Azərbaycan Respublikasının möhkəmlənməsinə, onun beynəlxalq mövqeyinin güclənməsinə və ölkə əhalisinin rifahının yaxşılaşmasına şərait yaradır. Azərbaycan Respublikasının qazandığı parlaq uğurlar bütün dünyaya göstərir ki, Siz görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini layiqincə davam etdirirsiniz.

İcazə verin, məni Azərbaycan Respublikasının yüksək dövlət təltifinə - “Dostluq” ordeninə layiq gördüyünüz üçün bu xoş fürsətdən istifadə edib Sizə bir daha dərin təşəkkürümü bildirim. Mən bunu Azərbaycan ilə Rusiya Federasiyası və onun tərkib hissəsi olan Dağıstan arasında dostluq əlaqələrinin inkişafına və əməkdaşlığa Sizin xüsusi diqqətinizin göstəricisi kimi dəyərləndirirəm. Bizim xalqlarımız arasında mehriban qonşuluq və qardaşlıq münasibətləri həmişə səmimiyyət və etimad kimi xüsusiyyətləri ilə fərqlənib və bu gün də belədir. Biz, dağıstanlılar bu münasibətləri yüksək qiymətləndiririk.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, ali dövləti vəzifənizdə, Azərbaycan Respublikasının inkişafı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə yeni-yeni uğurlar arzulayıram”.

***

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək, Sizə Həştərxan vilayəti ilə Azərbaycan arasında ən müxtəlif fəaliyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm.

Bizim aramızda yaranmış etimadı və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm. Əminəm ki, sosial-iqtisadi layihələrin həyata keçirilməsi üzrə apardığımız birgə iş bizim vətəndaşlarımızın rifahı naminə uzunmüddətli strateji tərəfdaşlıq üçün möhkəm təməl olacaq.

Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edirəm və Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının tərəqqisi naminə bütün işlərinizdə yeni uğurlar və nailiyyətlər diləyirəm”.

***

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsi sədrinin birinci müavini Dmitri Savelyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin parlaq siyasi istedadınız və müdrik diplomatik qabiliyyətiniz sayəsində bu gün Azərbaycan dünyanın siyasi arenasında nüfuzlu yer tutur. Siz ölkənizi qətiyyətlə yeni qələbələrə doğru aparırsınız. Azərbaycan xalqı Sizin müdrik rəhbərliyinizlə ölkənin gələcəyini qurmaq üçün ətrafınızda sıx birləşib.

Zati-aliləri, Sizi bir daha ürəkdən təbrik edirəm. Qoy, Sizin bütün planlarınız ən yüksək dəqiqliklə həyata keçsin, Azərbaycanın mövqeləri daha da möhkəmlənsin, şöhrəti daha da artsın. Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm”.

***

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin çoxşaxəli və Azərbaycanın firavanlığı naminə yorulmaz fəaliyyətiniz ən yüksək hörmətə layiqdir.

İcazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, respublikanın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyim.

Sizə və xanımınız Mehriban Arif qızına möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm”.

***

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri, əziz dostum.

İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim. Sizə həyatınızın bütün sahələrində şəxsi rifah, xoşbəxtlik və tərəqqi arzulayıram.

Sizi tanımağımdan, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərini inkişaf etdirmək istiqamətində Sizinlə işləmək imkanına malik olmağımdan böyük şərəf hissi duyuram. Bu əməkdaşlığın gələcəkdə daha da intensiv şəkildə davam etməsini arzulayıram.

Xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.

***

Moldova Respublikasının Baş naziri Pavel Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı bildirirəm. Ümidvaram ki, bu xüsusi məqam Sizə, Sizin gözəl ailənizə və Azərbaycan xalqına yalnız sevinc bəxş edəcək.

Ölkənizə Sizin bu cür uzaqgörənliklə və fədakarlıqla rəhbərlik etməyinizə heyranam. Sizin rəhbər tutduğunuz dəyərlər həm mürəkkəb dövrlərdə, həm də sülh şəraitində uğur qazanmağa və Azərbaycan xalqını istiqamətləndirməyə imkan verir.

Fürsətdən istifadə edib Sizə və ailənizə yeni ildə xoş bayram əhval-ruhiyyəsi və uğurlar diləyirəm.

Zati-aliləri, Sizə dərin hörmətimizə əmin olmağınızı xahiş edirəm.

***

Moldova Respublikasının üçüncü Prezidenti Vladimir Voronin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.

Siz bütün Azərbaycan xalqının tanınmış liderisiniz. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan nəinki firavanlaşan müasir dövlətə, həm də regional liderə, beynəlxalq arenada nəzərəçarpan və nüfuzlu tərəfdaşa çevrilib.

Sizin görkəmli atanız Heydər Əliyevin başladığı işi – güclü, özünü təmin edən Azərbaycan dövləti qurulması kursunu necə bacarıqla və ləyaqətlə davam etdirməyinizi diqqətlə izləyirəm.

Ölkənizin üzləşdiyi problemlərə görə həmişə səmimi narahatlıq keçirir, Sizin uğurlarınıza ürəkdən sevinirəm.

Dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı fəaliyyətin xüsusi xarakter daşımasına hər vasitə ilə kömək etməyə hazıram.

Sizin həyatınızda ailənizin necə mühüm yer tutduğunu yaxşı bilirəm. Arzum budur ki, doğmalarınız və yaxınlarınız sağlam və xoşbəxt olsunlar.

Hörmətli İlham Heydər oğlu, doğum gününüzdə Sizə bir insan və siyasi xadim kimi uzunömürlülük, rəhbər müdrikliyi və ata xeyirxahlığı arzu edirəm.

İcazə verin, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına da sülh və firavanlıq diləyim”.

***

Fransa Milli Assambleyasının keçmiş üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri, cənab Prezident.

Doğum gününüz münasibətilə Azərbaycanın Dostları Assosiasiyası adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin.

Azərbaycanın inkişafı naminə səmərəli fəaliyyətinizin uzunmüddətli olmasını diləyirik. Sizi sədaqətlə dəstəkləməyə davam edəcək, Azərbaycan və Fransa arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün yeni səylər göstərəcəyik.

Zati-aliləri, ən xoş arzularımızı qəbul etməyinizi və Sizə yüksək ehtiramımızdan əmin olmanızı xahiş edirəm.

Ad gününüz mübarək”.

***

Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə və yaxınlarınıza uzun ömür, xoşbəxtlik, möhkəm cansağlığı, ruh yüksəkliyi və yeni zəfərlər arzu edirəm”.

***

Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, böyük həyat enerjisi, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar diləyirəm. Əminəm ki, Sizə xas olan yüksək peşəkarlıq və işinizə sədaqət keyfiyyətləri Vətən naminə nəzərdə tutduğunuz planları bundan sonra da uğurla həyata keçirməyə imkan verəcək.

Sizə və ailənizə xoşbəxtlik, xoş günlər və firavanlıq arzu edirəm”.

***

Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən səmərəli dövləti fəaliyyətinizin davamlı olmağını, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı, Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmləndirilməsi yolunda yeni uğurlar arzu edirəm.

Sizə bir daha səmimi qəlbdən möhkəm cansağlığı və firavanlıq diləyirəm”.

***

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri cənab Prezident.

Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi Zati-alinizdən xahiş edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, bütün təşəbbüslərinizdə müvəffəqiyyət və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycanın davamlı tərəqqisi və rifahı naminə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə möhkəm sabitliyin və dinamik inkişafın, reallaşdırılan irimiqyaslı layihələr və mötəbər tədbirlər sayəsində respublikanızın beynəlxalq səviyyədə artan nüfuzunun şahidiyik.

Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyinə hərtərəfli dəstəyinizə və türkdilli dövlətlərin arasında sürətlə inkişaf edən əməkdaşlığa mühüm töhfələrinizə görə Sizə dərin minnətdarlığımı bildirəm”.

***

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və həmişəki coşqun fəaliyyətinizdə uğurlar arzulayırıq.

Türkdilli xalqların mədəniyyətinin və irsinin dünyada tanıdılması istiqamətində əldə olunmuş uğurlarda Sizin böyük xidmətiniz vardır. Sizin təşəbbüsünüzlə qurulan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv dövlətlərinin xalqları arasındakı tarixi, mədəni və mənəvi bağlılığın güclənməsinə verdiyiniz töhfə türkdilli xalqların birliyi üçün yüksək əhəmiyyət kəsb edir. Cari ilin “İslam Həmrəyliyi İli” elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunması İslam ölkələri, o cümlədən Fondun üzv ölkələri arasındakı dostluq və faydalı əməkdaşlıq əlaqələrinin daimi inkişafının göstəricisidir.

Əminik ki, bundan sonra da Sizin rəhbərliyiniz ilə həyata keçiriləcək məqsədyönlü daxili və xarici siyasət Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycan Respublikasının sürətli inkişafına, tərəqqisinə, beynəlxalq aləmdəki nüfuzunun daha da artmasına, xalqın rifahının yüksəlməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik”.

***

Moldova Demokratik Partiyasının sədri Vlad Plaxotnyuk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi təbrik edir, Sizə və ailənizə ən xoş arzularımı bildirirəm. Sizinlə dostluğumuzu və Moldova Respublikasını daim dəstəkləməyinizi yüksək qiymətləndirirəm.

Zati-alinizin doğum günü sevinclə qeyd edilib və əminəm ki, Azərbaycan xalqı Sizi yüksək qiymətləndirir.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə qarşıdan gələn yeni ildə bayram əhval-ruhiyyəsi, könül xoşluğu, bol həyat enerjisi, uğurlar və firavanlıq arzu edirəm.

Əminəm ki, 2018-ci ildə bizim əməkdaşlığımız yüksək səviyyəyə çatacaq və ölkələrimizin xalqlarına fayda verəcək”.

***

Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylovdan, Baş direktorun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.

İcazə verin, bu xoş münasibətlə Sizə - peşəkarlığı və məqsədyönlülüyü, məsələnin mahiyyətinə dərindən nüfuz etməsi, insanları dinləmək və duymaq bacarığı sayəsində haqlı olaraq nüfuz və hörmət qazanmış insana ən xoş arzularımızı çatdıraq. Sizə möhkəm cansağlığı, nikbinlik və quruculuq enerjisi, nəzərdə tutduğunuz möhtəşəm planların uğurla həyata keçməsini diləyirik.

Hörmətli İlham Heydər oğlu, Sizə və doğmalarınıza xoşbəxtlik və firavanlıq, ad gününüzdə xoş əhval-ruhiyyə arzu edirik. Qoy, Sizin Azərbaycan Respublikası və xalqlarımızın dostluğu naminə səyləriniz bundan sonra da səmərəli nəticələr versin”.

***

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – idarə heyətinin sədri Andrey Kostin, Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik Albert Lixanov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Rusiya Notariuslar Assosiasiyasının sədri, professor Natiq Ağamirov, “SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvili, Rusiyanın Stavropol diyarının dördüncü çağırış Dumasının deputatı, “SRV” Hüquq Agentliyi” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Roman Saviçev, “Belçika Azərbaycan Evi”nin sədri Bülənt Gürçam Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler