» » Dmitri Medvedyevdən təbrik məktubu

Dmitri Medvedyevdən təbrik məktubu

Bölmə: Siyasət
Dmitri Medvedyevdən təbrik məktubu
Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Xalqinfo.az bildirir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Rusiya ilə Azərbaycanı bağlayan dostluq, mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinin inkişafına Sizin daimi diqqətinizi qeyd etmək istərdim. Şəxsən Sizin köməyinizlə qarşılıqlı ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar fəaliyyət möhkəmlənir, sənaye, infrastruktur, energetika və başqa sahələrdə iri müştərək layihələr həyata keçirilir.

Əminəm ki, ikitərəfli əməkdaşlığın bütün kompleksinin bundan sonra da inkişafı, regionlararası əlaqələrin və işgüzar münasibətlərin genişlənməsi iki ölkənin maraqlarına tamamilə uyğundur.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler