» » Albaniya Prezidenti İlham Əliyevi təbrik etdi

Albaniya Prezidenti İlham Əliyevi təbrik etdi

Bölmə: Siyasət
Albaniya Prezidenti İlham Əliyevi təbrik etdiAlbaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Xalqinfo.az bildirir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

İcazə verin, Sizə ad gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırım, uzun ömür və xoşbəxtlik arzulayım.

Mən çox şadam ki, Azərbaycan Sizin rəhbərliyiniz ilə xüsusilə son 10 il ərzində əhəmiyyətli dərəcədə inkişaf edib, Azərbaycan xalqının rifah halı xeyli yaxşılaşıb. Ölkələrimiz arasındakı münasibətlər də əvvəlki illərdə heç zaman olmadığı qədər möhkəmlənib və inkişaf edib. İqtisadi əlaqələr və Trans-Adriatik boru kəməri layihəsinin həyata keçirilməsi ölkələrimizin ortaq gələcəyi üçün möhkəm təməl yaradıb.

Bu xoş fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2018-ci il martın 15-dən 17-dək Azərbaycanın paytaxtı Bakı şəhərində “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçiriləcək VI Qlobal Forumunda iştirak etməklə bağlı dəvətini böyük məmnuniyyətlə qəbul etdiyimi bildirmək istəyirəm.

Bakıda olacağım və Forumda iştirak edəcəyim müddətdə Sizinlə şəxsən görüşüb qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdan çox məmnun olaram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavan həyat və daha böyük inkişaf arzulayıram. Xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler