» » "İlham Əliyev Rusiyanın əsl dostudur" - Putin

"İlham Əliyev Rusiyanın əsl dostudur" - Putin

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
"İlham Əliyev Rusiyanın əsl dostudur" - Putin
Rusiya Fedrasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib

Xalqinfo.az xəbər verir ki, V.Putin öz məktubunda Azərbaycan İ.Əliyevin rəhbərliyində sosial-iqtisadi inkişaf yolunda inamla irəlilədiyini, aktual beynəlxalq problemlərin həllində fəal rol oynadığını bildirib:

“Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz.

Bu yaxınlarda Soçidə və Tehranda Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, Sizinlə konstruktiv dialoq və səmərəli birgə işimiz davam edəcək.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin bütün ailənizi səmimi salamlayır və ən xoş arzularımı bildirirəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler