Rusiya XİN Qarabağ münaqişəsinin nizamlanması barədəBölmə: Siyasət
Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün gələcəkdə də vasitəçilik köməyi göstərəcək.Xalqinfo.az-ın Trend-ə istinadən məlumatına görə, 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlərin yekununu şərh edərkən Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentindən bildiriblər. Nazirlikdən deyiblər ki, başa çatmaqda olan ildə Rusiya daxil olmaqla, vasitəçilərin səyləri münaqişə tərəfləri arasında hərbi risklərin azaldılmasına və birbaşa dialoqun bərpa olunmasına yönəlib: "Bu işin gözəçarpan nəticəsi oktyabrda Ermənistan-Azərbaycan sammitinin keçirilməsi oldu. Burada qoşunların təmas xəttində gərginliyin azaldılmasına kömək edəcək danışıqlar prosesinin intensivləşdirilməsi və əlavə tədbirlərin görülməsi razılaşdırıldı. Biz prezidentlərin sammitdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə silsilə görüşlərdə fəal iştirak etməklə bağlı qərarını alqışlayırıq və tərəfləri vasitəçilərin təklifləri əsasında kompromislərin səmərəli axtarışına çağırırıq. Gələcəkdə də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə həlli uzanan bu münaqişənin sülh yolu ilə nizamlanmasına vasitəçilik köməyi göstərəcəyik". |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|