» » İlham Əliyev Bəhreyn kralını təbrik edib

İlham Əliyev Bəhreyn kralını təbrik edib

Bölmə: Siyasət
İlham Əliyev Bəhreyn kralını təbrik edibAzərbaycan prezidenti İlham Əliyev Bəhreyn kralı şeyx Həməd bin İsa Al Xəlifəyə məktub göndərib.

“Xalqinfo” xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:

“Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler