» » Avropa Şurası 2018-ci il müzakirələrinə başladı

Avropa Şurası 2018-ci il müzakirələrinə başladı

Bölmə: Siyasət
Avropa Şurası 2018-ci il müzakirələrinə başladıParisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Monitorinq, həmçinin Siyasi işlər və demokratiya komitələrinin iclasları başlayıb.

Xalqinfo” xəbər verir ki, tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir.

Nümayəndə heyətinə deputatlardan Sahibə Qafarova, Vüsal Hüseynov və Sabir Hacıyev daxildirlər.

İclaslarda Avropa Şurasının Baş katibi və Baş Katibinin müavini tərəfindən məlumat xarakterli cıxışı, Daimi Komitənin Kopenhagendə olan iclası haqqında fikir mübadiləsi, 2018-ci il Qış sessiyası haqqında müzakirə, Avropa Şurasının İnsan Hüquqları üzrə Ali Komissarın seçilməsi, 2018-ci il maliyyə ili üçün Parlament Assambleyasının xərcləri, 2018-ci ilin iş planı, Parlament Sədrlərinin Avropa Konfransı, Avropa Parlamenti və digər Avropa Birliyi qurumları ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler