» » Mehriban Əliyeva Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb -

Mehriban Əliyeva Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb - Fotolar

Bölmə: Siyasət
Mehriban Əliyeva Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb - Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 14-də Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xalqinfo.az AzərTac-a istinadən xəbər verir ki, Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafına xidmət etdiyini bildirib.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Böyük Britaniya ilə bir sıra sahələrdə əməkdaşlıq qurduğunu deyən Birinci vitse-prezident neft-qaz sahəsində əlaqələri xüsusi vurğulayıb və bu əlaqələrdə Böyük Britaniyanın BP şirkəti ilə əməkdaşlığı qeyd edib.

Mehriban Əliyeva Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb -

BP şirkətinin 20 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərdiyini deyən Mehriban Əliyeva ölkəmizdə bu əməkdaşlığın çox yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu il “Azəri-Çıraq-Günəşli” layihəsinin yeni mərhələsinə start verilib, yeni müqavilə imzalanıb. Bu isə mövcud əməkdaşlığın həm Böyük Britaniyanın, həm də Azərbaycanın maraqlarına cavab verdiyini nümayiş etdirir. “Şahdəniz-2” layihəsində BP-nin əsas investor olduğunu, gələn il TANAP layihəsinin başa çatacağını deyən Azərbaycanın Birinci vitse-prezidenti qeyd etdi ki, bu layihələrlə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Gələcəkdə iqtisadiyyatın digər sahələrində, o cümlədən qeyri-neft sektorunda da geniş və uğurlu əməkdaşlığın qurulmasının vacib olduğunu deyən Mehriban Əliyeva diqqətə çatdırıb ki, ticarət dövriyyəsinin artması, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinin böyük perspektivləri var. Birinci vitse-prezident bu səfərin əməkdaşlıq baxımından yeni imkanlar yaradacağına əminliyini ifadə edib.
Xalqlarımızın bir-birini daha yaxından tanıması üçün humanitar sahədə əməkdaşlığı xüsusi vurğulayan Mehriban Əliyeva Azərbaycan ilə Böyük Britaniya arasında son illər təhsil sahəsində də əlaqələrin genişləndirildiyini qeyd edib, ölkəmizdə 16 məktəbdə təhsilin ingilis dilində aparıldığını, yüzlərlə azərbaycanlının Böyük Britaniyada təhsil aldığını bildirib.

Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyən Mehriban Əliyeva Azərbaycanın Təhsil Nazirliyi ilə Oksford Universiteti arasında yüksək səviyyəli əlaqələrin qurulduğunu vurğulayıb. “Mən bizim ikitərəfli münasibətlərimizi yüksək qiymətləndirirəm”, - deyən M. Əliyeva gələcəkdə qarşılıqlı maraqlar əsasında daha geniş əməkdaşlığın qurulacağına əminliyini bildirib.

Mehriban Əliyeva Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb -

Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ölkəmizdə ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qonaq Azərbaycanda keçirdiyi görüşlərdən danışıb, aparılan müzakirələrin ikitərəfli münasibətlərimizin genişləndirilməsi və daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler