» » Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi britaniyalı nazirlə görüşüb -

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi britaniyalı nazirlə görüşüb - FOTO

Bölmə: Siyasət
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi britaniyalı nazirlə görüşüb - Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Devid Lidinqton ilə görüş keçirilib.Xalqinfo.az qeyd edir ki, İcmadan apa-ya verilən xəbərə görə, görüşdə İdarə Heyətinin sədri Bayram Səfərov, İdarə Heyətinin üzvləri - Milli Məclisin deputatı Elman Məmmədov, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, icmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ayaz Salmanov və icmadaxili məsələlər üzrə şöbə müdiri Nadir Bayramov iştirak edib.

B. Səfərov qonağa icmanın fəaliyyəti haqqında geniş məlumat verib. O bildirib ki, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində qətiyyətli olmalı olan qurumların hələ də ikili standartları davam edir. B. Səfərov bəyan edib ki, münaqişə yaxın zamanda beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərtilə həll olunmalıdır: “Biz bu istiqamətdə beynəlxalq qurumlardan qətiyyətli mövqe gözləyirik. Azərbaycan sülh tərəfdarıdır və biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik”.

Millət vəkili Elman Məmmədov isə qeyd edib ki, Böyük Britaniyanın bu münaqişənin həll olunmasında daha yaxından fəaliyyət göstərmək istəməsi müsbət haldır.

Devid Lidinqton da öz növbəsində Bakıda olmaqdan və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması ilə görüşün təşkilindən böyük məmnunluq hissi keçirdiyini söyləyib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi Böyük Britaniya və eləcə də bütün Avropa üçün çox vacib məsələdir: “Böyük Britaniya münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi çox zəruridir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler