» » Millət vəkilləri Moskvada

Millət vəkilləri Moskvada

Bölmə: Siyasət
Millət vəkilləri MoskvadaMilli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə MDB-yə üzv dövlətlərin Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilənYaradıcı və Elmi Ziyalıların XII Forumunda iştirak ediblər.

“Xalqinfo” xəbər verir ki, iki gün davam edən Forumda MDB ziyalıları “MDB-də ailə dəyərlərinin və ənənələrinin möhkəmləndirilməsi və dəstəklənməsində humanitar əməkdaşlığın rolu” mövzusunda müzakirələr aparıb, quruma üzv dövlətlərin elm və təhsil sahəsində əməkdaşlığı, gənclər siyasəti, MDB-də mədəniyyət ilinin keçirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

“Azərbaycan gəncləri mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını, qazandıqları uğurları layiqincə nümayiş etdirirlər. Hər bir perspektivli Azərbaycan gəncinin yetişməsi üçün ölkədə dövlət tərəfindən lazımi şərait yaradılıb.Azərbaycan dövləti nəinki özünün siyasətində gənclərə üstünlük verir, bu istiqamətdə siyasəti prioritet fəaliyyət kimi, gənclərin bilavasitə iştirakı ilə formalaşdırıb həyata keçirir”- millət vəkili Naqif Həmzəyev Forumdakı çıxışında bildirib.

Millət vəkilləri Azərbaycanın Rusiyadakı səfirliyində Heydər Əliyevin anım mərasimində iştirak ediblər.

Millət vəkilləri Moskvada

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler