» » Bartında Qarabağ küçəsi –

Bartında Qarabağ küçəsi – Təklif

Bölmə: Siyasət
Bartında Qarabağ küçəsi –Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva Bartın Bələdiyyə başqanı Cemal Akın ilə görüşüb.

Xalqinfo.az qafqazinfo-ya istinadən bildirir ki, Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da əlaqələrin getdikcə daha genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələnin vacibliyini qeyd edib. Qənirə Paşayeva heyət adından bələdiyyə başkanından Bartının mərkəzi parklarından birinə Qarabağ adını verilməsi və həmin parkda Xocalı soyqırımı abidəsinin qoyulmasını xahiş edib. Bartın Universitetində 300-dən artıq azərbaycanlı tələbə oxuduğunu və onların bir hissəsinin imkansız ailələri evladları olduğunu vurğulayan millət vəkii Qənirə Paşayeva bir sıra tələbələr adından Öyrəncə Topluluğunun ondan xahişini də bələdiyyə başqanıa çatdıraraq 50 tələbənin nəqliyyat xərclərinin bələdiyyə tərəfindən qarşılanmasını xahiş edib. Azərbaycanı çox sevdiyini deyən Bartın Bələdiyyə başqanı Cemal Akın Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, iki ölkə arasında iqtisadi, siyasi iş birliyinin daha da genişləndirilməsinin önəmli olduğunu söyləyib və hər iki qardaş ölkənin bölgələri, bələdiyyələri arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler