» » Naqif Həmzəyevə yenidən yüksək etimad

Naqif Həmzəyevə yenidən yüksək etimad

Bölmə: Siyasət
Naqif Həmzəyevə yenidən yüksək etimadBu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının IX konfransı keçirilib.

Xalqinfo.az xəbər verir ki, konfransda Baş Nazirinin müavini və YAP-ın İcra katibi Əli Əhmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatlarından Eldar İbrahimov, Musa Quliyev, Xanlar Fətiyev, Pərvin Kərimzadə və Naqif Həmzəyev iştirak ediblər.

Konfransda YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev geniş hesabat məruzəsi ilə çıxış edərək, ötən müddətdə görülmüş işlər barədə məlumat verib. O deyib ki, Təşkilat siyasi və ideoloji cəhətdən daha da mətinləşərək yeni iş təcrübəsi ilə zənginləşib. Təşkilatın üzvlərinin sayını 40 minə çatıb.

Sonra YAP Gəncə şəhər təşkilatının nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.

Məruzə ətrafında çıxış edən konfrans nümayəndələri təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Çıxışlardan sonra konfransın qətnaməsi qəbul olunub, təşkilati məsələlər müzakirə edilib. Naqif Həmzəyev yenidən YAP Gəncə şəhər təşkilatının sədri seçilib. Konfransda 93 nəfərdən ibarət şəhər təşkilatının şurası, 27 nəfərdən ibarət idarə heyəti və nəzarət təftiş qrupu seçilib.

Naqif Həmzəyevə yenidən yüksək etimad

Naqif Həmzəyevə yenidən yüksək etimad
Naqif Həmzəyevə yenidən yüksək etimad
Naqif Həmzəyevə yenidən yüksək etimad

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler