» » Elmar Məmmədyarovun Nalbandyanla görüşü başa çatdı - Yenilənib

Elmar Məmmədyarovun Nalbandyanla görüşü başa çatdı - Yenilənib

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Elmar Məmmədyarovun Nalbandyanla görüşü başa çatdı - Yenilənib
Viyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirilən görüşü başa çatıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "Tvitter" səhifəsində yazıb.

Amma görüşün nəticəsi ilə bağlı hələlik hər hansı məlumat verilmir.

***

Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü başlayıb.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunur.

Qeyd edək ki, nazir səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler