» » Nalbandyan Vyanada həmsədrlərlə görüşdü

Nalbandyan Vyanada həmsədrlərlə görüşdü

Bölmə: Siyasət
Nalbandyan Vyanada həmsədrlərlə görüşdü
Vyanada Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan “Twitter” səhifəsində yazıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunur.

Qeyd edək ki, bu gün Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü gözlənilir. Həmsədrlərin iştirak edəcəyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi, prezidentlərin növbəti görüşü ilə bağlı məsələ müzakirə olunacaq.

Hər iki nazir dekabrın 7-8-də keçiriləcək ATƏT-in xarici işlər nazirləri toplantısında iştirak etmək üçün Vyanada səfərdədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler