» » "Köçəri" rəqsi ilə bağlı Bakıdan cavab açıqlamaları

"Köçəri" rəqsi ilə bağlı Bakıdan cavab açıqlamaları

Bölmə: Siyasət
"Köçəri" rəqsi ilə bağlı Bakıdan cavab açıqlamaları
“Köçəri” sözünün erməni dilindən hərfi tərcüməsini bilmək çox maraqlı olardı. “Google”un tərcümə xidməti bununla bağlı heç bir nəticə göstərmir”.

Xalqinfo.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

“Erməni portalları “Köçəri”nin erməni rəqsi olduğunu yazır? Türk dilində “köçəri” sözü köçmək feilindən yaranıb və “bir yerdən başqa yerə köçmək” deməkdir”, - deyə o, bildirib.

“Köçəri" rəqsinin Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi o demək deyil ki, bu, yalnız Ermənistana məxsusdur”.

Oxu.Az xəbər verir ki, bunu isə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib.

Nazirlik rəsmisi bildirib ki, “Köçəri” Azərbaycan və regionun digər xalqlarına məxsus rəqs növüdür: “Dolmanın YUNESKO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına Azərbaycan ənənəsi kimi daxil edilməsi isə milli mətbəximizin tanıdılması baxımından böyük uğurdur. Bu, dolmanın milli mətbəx nümunəsi ikimi dünyada tanıdılması üçün vacib vasitə və səbəb olacaq. Nominasiya sənədi Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib”.

V. Şıxəmmədov əlavə edib ki, adıçəkilən qurumların YUNESKO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısı ilə bağlı birgə əməkdaşlığı gələcəkdə də davam edəcək.

Qeyd edək ki, bu gün “Köçəri” rəqsi erməni rəqsi kimi YUNESKO-nun Qeyri-maddi mədəni İrs siyahısına daxil edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler