» » Millət vəkili DİN-dəki dəyişiklikləri alqışladı

Millət vəkili DİN-dəki dəyişiklikləri alqışladı

Bölmə: Siyasət
Millət vəkili DİN-dəki dəyişiklikləri alqışladıSon günlər daxili işlər naziri Ramil Usubovun bir-birinin ardınca mühüm əmrlər imzalayaraq ciddi kadr dəyişilikləri aparması gündəmin əsas mövzularından biridir. Etiraf edək ki,mediada müxtəlif hökumət strukturlarında dəyişikliklər haqqında proqnozlar verilsə də, güc strukturlarında yeni təyinatlar olacağı gözlənilmirdi. Odur ki, cəmiyyətin maraq dairəsində olan bu məsələyə millət vəkili Zahid Orucun da mövqeyini öyrənməyə çalışdıq."Xalqinfo.az" modern.az-a istinadən xəbər verir ki. Z. Oruc bununla bağlı mətbuata açıqlamasında deyib.

O bildirib ki, Daxili İşlər Nazirliyindəki (DİN) kadr dəyişilikləri ökəmizin təhlükəsizliyin qorunmasında mühüm yer tutan güc orqanlarından birinin daha peşəkar fəaliyyət göstərməsi məramı ilə həyata keçirilir və cəmiyyət tərəfindən müsbət qarşılanır: "Hər kəs onun şahididir ki, hüquq-mühafizə orqanları içərisində əvəzolunmaz vəzifələri həyata keçirən bir strukturda kadrların rotasiyası və digər dinamik dəyişiliklər,xüsusilə də hüquqi islahatlar polis sisteminin daha peşəkar əsaslarda çalışmasına,vətəndaşların hüquq və azadlıqlarının qorunmasına ,ictimai təhüləkisizliyin təminatına xidmət edir.Son təyinatlar sübut edir ki,cinayətkarlıqla mübarizədə,”ağ ölüm” kimi səciyyələnən narkotik maddələrin yayılmasına qarşı həyata keçirilən tədbirlərdə və mütəşəkkil cinayətkar dəstələrin zərərsizləşdirilməsində xidmətləri olan şəxslər yüksək vəzifələrə irəli çəkilirlər.Yeni təyinatlar polis orqanlarında çalışan və gələcək karyerası haqda düşünənlər üçün də bir stimuldur və yaxşı iadəetmə nümunəsidir.Elə hesab edirəm ki,hörmətli cənab nazir Ramil Usubovun hər zaman nümayiş etdirdiyi yüksək dövlətçilik əxlaqı,böhranlı situasiyalarda sərgilədiyi prinsipial xarakteri bu gün irəli çəkilən şəxslər üçün ən yaxşı nümunə sayıla bilər.Nazir,Ulu Öndərin ideyalarına və dövlətin mənafelərinə uyğun yüksək əzmkarlıqla çalışırsa,hər bir polis nəfəri də daşıdığı missiyanın məsuliyyətli və şərəfli olduğunu heç zaman unutmamalıdır.

Ona görə də bir parlament üzvü kimi DİN-dəki son dəyişilikləri sıradan bir hadisə kimi deyil,düşününlümüş tədbirlər hesab edirəm və sürətlə dəyişən ictimai təhlükəsizlik çağırışlarına uyğun olduğuna tamamilə əminəm".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler