» » Poroşenko:"Bu hoqqabazlıqdır"- VİDEO

Poroşenko:"Bu hoqqabazlıqdır"- VİDEO

Bölmə: Siyasət
Poroşenko:"Bu hoqqabazlıqdır"- VİDEOTanınmamış Donetsk Respublikasının başçısı vəzifəsinin icrasına başlayıb.

"Xalqinfo.az" ans tv-nin məlumatına istinadən bildirir ki, təntənəli inaqurasiya mərasimi Donetskin Musiqili Dram Teatrında baş tutub. Zaxarçenko əlini Bibliyaya qoyaraq, sadiqlik andı içib. Bundan sonra Mərkəzi Seçki Komissiyasının sədri Roman Lyaqin ona dövlət başçısı olduğunu təsdiq edən şəhadətnamə təqdim edib.

Tanınmamış Luqansk və Donetsk Respublikalarnıda baş tutan seçkilər isə Ukrayna prezidentinini xoşuna xəlməyib. Prezident Poroşenko qondarma rejimin seçkilərini qəti şəkildə pisləyib.

“2 noyabr “hoqqabazlığı” sülh prosesi üçün böyük təhlükə yaradır. O sülh prosesi ki, onun başlamasına son dərəcə yüksək səylər hesabına nail olunmuşdu”- deyə Poroşenko bildirib.

Ukrayna prezidenti həmçinini bu seçkilərin Donbasadakı vəziyyəti pisləşdircəyini xüsusi vurğulayaraq, bunun məsuliyyətinin dırnaqarası seçkilərin icraçıları, təşkilatçıları və sifarişçilərinin üzərinə düşdüyünü bildirib.

Bazar günü keçirilən səsverməsinin nəticələrinə görə, qondarma Luqansk Xalq Respublikasının isə dövlət başçısı İqor Plotnitskiy seçilib. Onun andiçmə mərasimi keçmiş Luqansk vilayət şurasının Sütunlu zalında keçirilib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler