Hafiz Hacıyev: “Yedikləri çörəyə xəyanət etməyə hazır olan məmurlar çoxdur”

Bölmə: Siyasət
Hafiz Hacıyev:Yeni Azərbaycan Partiyasının qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyev modern.az-a müsahibəsində məmurları da sərt tənqid edib. Keçmiş nazir onu Heydər Əliyevə satan məmur haqqında danışıb.

AXC hakimiyyəti zamanı “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri işləmiş, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də vaxtaşırı bəzi məmurları tənqid edir. Ancaq Əli Nağıyevin dedikləri ilə razılaşmır.
O, Modern.az saytına deyib ki, Azərbaycanda məmurlar vəzifədən çıxdıqdan sonra öz günahlarını başqalarının üstünə atmağa çalışırlar.

H.Hacıyevin sözlərinə görə, Əli Nağıyevin indi söylədikləri gecikmiş açıqlamalardır və heç bir effekti yoxdur:

“Əli müəllim o fikirləri zamanında deməli idi. İndi hər şey üçün gecdir. Heydər Əliyev elə şəxsiyyət idi ki, ona deyilən bütün məsələləri incələdikdən sonra qərar verirdi. Hər məmurun sözü ilə oturub-durmurdu”.

Hafiz Hacıyevin fikrincə, hazırda yedikləri çörəyə xəyanət etməyə hər an hazır olan məmurlar çoxdur: “Əli müəllim də indi vəzifədə olmadığı üçün belə danışır. Elə bu gün də həmin proseslər gedir. Sabah bir şey olsa, hamısı bu meydanı qoyub qaçacaqlar. İndi etibarlı adamı tapmaq çətindir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler