» » Diplomatik əlaqələrimizi qopara bilərik” -

Diplomatik əlaqələrimizi qopara bilərik” - Ərdoğan Trampa səsləndi

Bölmə: Siyasət
Diplomatik əlaqələrimizi qopara bilərik” -
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qüdslə bağlı yaxın günlərdə qərarını açıqlayacaq ABŞ dövlət başçısı Donald Trampa səslənib.

“Xalqinfo” xəbər verir ki, Ərdoğan Qüdsün müsəlmanların qırmızı xətti olduğunu bildirib :

“Fələstin xalqının yaraları qanamağa davam edərkən İsrailə dəstək məqsədi daşıyan belə bir qərarın qəbulu sadəcə beynəlxalq hüquqa deyil, insanlıq vicdanına da vurulan ağır zərbədir. Bu məsələni sona kimi təqib edəcəyik. Əgər belə bir addım atılarsa, dərhal 5-10 gün ərzində İslam Əməkdaşlığı Təşkilatı Liderlər Sammitini İstanbulda toplayacağıq. Sadəcə bununla da kifayətlənməyəcəyik. Liderlər Zirvəsi ilə yanaşı, bütün islam dünyasını o zirvədə hərəkətləndirəcəyik. Amerika bütün işləri bitirdi, indi təkcə bu qaldı? Hazırda Netanyahu İsraildə öz daxili hesablaşmalarını bitirə bilmir. Bu, bizim İsrail ilə diplomatik əlaqələrimizi qoparmağa qədər gedə bilər.”

Qeyd edək ki, Tramp yaxın günlərdə Qüdsü İsrailin paytaxtı kimi tanıyıb-tanımayacağını açıqlayacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler