» » Əliyev BƏƏ-nin prezidenti ilə Dubay əmirini təbrik etdi

Əliyev BƏƏ-nin prezidenti ilə Dubay əmirini təbrik etdi

Bölmə: Siyasət
Əliyev BƏƏ-nin prezidenti ilə Dubay əmirini təbrik etdiPrezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.

“Xalqinfo”nun məlumatına görə, məktubda deyilir:

“Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı- Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah diləyirəm”.

Prezident İlham Əliyev həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və Dubay əmiri Məhəmməd bin Rəşid Al Məktuma da təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm. Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və firavanlıq diləyirəm”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler