» » Həsənovun nəvəsi ifadə verməkdən imtina etdi - Yenilənib

Həsənovun nəvəsi ifadə verməkdən imtina etdi - Yenilənib

Bölmə: Siyasət, MANŞET
Həsənovun nəvəsi ifadə verməkdən imtina etdi - YenilənibBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilir.

“Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə baxış iclası baş tutacaq.

Lakin məhkəmənin qapısından əsgər postunda jurnalistlər binaya buraxılmayıb. Polislər də media nümayəndələrini qapıdan uzaqlaşdırıblar. Bildirilib ki, jurnalistlərin N.Allahverdiyevin məhkəməsinə buraxılmamasına rəhbərlikdən tapşırıq verilib.

Qeyd edək ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yüksək sürətlə idarə etdiyi “Mercedes-Gelandewagen” markalı avtomobillə qəza törədib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. O, həmçinin hadisə yerindən qaçmaqda da ittiham edilir.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prosesdə ittiham aktı elan edilib. N.Allahverdiyev özünü qismən təqsirli bilib və ifadə verməkdən imtina edib. Deyib ki, zərərçəkən və şahidlər ifadə verdikdən sonra danışacaq.

Proses dekabrın 8-də saat 15:30-da davam etdiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler