Qalmaqallı generala hökm oxundu, rütbəsi alınır - 10 il“Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə general E.Quliyev 10 il 6 ay müddətinə, polkovnik A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib. E.Quliyevdən general rütbəsinin alınması üçün prezidentə, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün müvafiq icra orqanına təqdimat verilib. Dövlət ittihamçısı çıxışında E.Quliyevin 15 il, A.Mehtiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. *** Həmçinin, onların əmlaklarının müsadirə edilməsinə qərar verilib. *** Eyni zamanda bu cinayət işində adı keçən, nazirliyin Binəqədi rayon şöbəsinin rəisi olmuş Rafiq Səfərovla bağlı da qərar verilib. Onun Mərdəkan qəsəbəsində yerləşən 250 min manatlıq əmlakının üzərinə qoyulan həbs saxlanılıb. R.Səfərov Elçin Quliyevin cinayət işində şahid kimi dindirilsə də, hazırda istintaqı davam etdirilən ayrıca cinayət işində təqsirləndirilən şəxsdir. O, sahibkar Sahib Qurbanovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham edilir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|