» » Elçin Quliyevə hökm oxunan bina xüsusi nəzarətə götürülüb

Elçin Quliyevə hökm oxunan bina xüsusi nəzarətə götürülüb

Bölmə: Siyasət
Elçin Quliyevə hökm oxunan bina xüsusi nəzarətə götürülübBu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyevə hökm oxunur.

“Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesə jurnalistlər buraxılmayıb.

Məhkəmənin binası xüsusi nəzarətə götürülüb, hökmün elan ediləcəyi zal öncədən yoxlanılıb. Hazırda hökmün elanı davam edir.

Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək E.Quliyevin 15 il, A.Mehtiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin E.Quliyevdən general, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün təqdimat verilməyini və əmlaklarının müsadirə edilməsini istəyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler