» » Saakaşvilinin xanımı Bakıya gəlir

Saakaşvilinin xanımı Bakıya gəlir

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Saakaşvilinin xanımı Bakıya gəlir
Gürcüstanın eks-prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin xanımı Sandra Rulofs Bakıya gələcək.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə Modern.az-a Milli Fikir Mərkəzinin (MFM) sədri Şəhriyar Məcidzadə bildirib.

Onun sözlərinə görə, Sandra Rulofs dekabrın 9-da Bakıya gələcək. Səfər çərçivəsində Sandra Rulofs ilk olaraq Fəxri Xiyabanı ziyarət edəcək.

Dekabrın 10-da isə Saakaşvilinin xanımının Bakıda “Bir idealistin hekayəsi” kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimatı keçiriləcək.

Kitabı Azərbaycan dilinə Milli Fikir Mərkəzi tərcümə edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler