» » ABŞ konqresmeni Barak Obamaya Azərbaycanla bağlı məktub göndərib

ABŞ konqresmeni Barak Obamaya Azərbaycanla bağlı məktub göndərib

Bölmə: Siyasət
ABŞ konqresmeni Barak Obamaya Azərbaycanla bağlı məktub göndəribABŞ konqresmeni Henri Kuellar ABŞ Prezidenti Barak Obamaya məktub göndərərək ABŞ-ın Azərbaycanla əlaqələrinin dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

"Xalqinfo.az" trend-in verdiyi məlumata istinadən xəbər verir ki, H.Kuellar Azərbaycanın strateji əhəmiyyətini qeyd edərək ölkəmizin İraq, Əfqanıstan və Serbiyadakı əməliyyatlarda vacib müttəfiq kimi iştirakını, o cümlədən Əfqanıstan əməliyyatı kontekstində önəmli nəqliyyat qovşağı olduğunu xüsusi vurğulayıb.

Eyni zamanda, konqresmen Azərbaycanın Avropa, eləcə də Türkiyə, Gürcüstan və İsrail kimi ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfəni qeyd edib.

H.Kuellar məktubunda Azərbaycan və ABŞ arasında təhlükəsizlik və iqtisadi tərəfdaşlıq sahəsində əlaqələrin inkişafı üçün böyük potensial olduğunu yazıb. O, qeyd olunan məqamları nəzərə alaraq, geosiyasi və iqtisadi baxımdan əhəmiyyətli ölkə olan Azərbaycanla əlaqələrin dərinləşdirilməsinin prioritet olmalı olduğunu xüsusilə vurğulayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler