» » Mehdi Hüseynzadə Sloveniyada anılıb

Mehdi Hüseynzadə Sloveniyada anılıb

Bölmə: Siyasət
Mehdi Hüseynzadə Sloveniyada anılıbSovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə Sloveniyada anılıb."Xalqinfo.az" lent.az-ın verdiyi məlumata istinadən qeyd edir ki, Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi İkinci Dünya Müharibəsi zamanı keçmiş Yuqoslaviya torpaqlarının azadlığı uğrunda alman – faşizminə qarşı döyüşən azərbaycanlı zabit və əsgərlərin əziz xatirələrinin, həmçinin Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin (Miyahlo) ölümün 70-ci ildönümü ilə bağlı Sloveniyanı Novo Qoritsa şəhərində tədbiri keçirib. Anım mərasimi zamanı səfir Qalib İsrafilovun başçılığı ilə nümayəndə heyəti, Azərbaycan Dövlət Neft Şirkətinin Avstriyadakı nümayəndələyinin rəhbərliyi, Sloveniya Respulikasının Müdafiyə Nazirliyinin nümayəndələri, Nova Qoritsa şəhər meriyasının rəhbərliyi, Sloveniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və hərbi attaşeləri, Sloveniya Parlamentinin üzvləri, siyasi – ictimai xadimlər və eləcədə yerli sakinlər iştirak ediblər.
Tədbirdə Trnovo şəhərin meri Kersin Podqornik, Sloveniya Parlamentin üzvü Miriyam Bonklanşçek, Azərbaycan Respublikasının Sloveniyadakı Müvəqqəti İşlər Vəkili Azər Xudiyev və Azərbaycan – Sloveniya Dostluq Cəmiyyətinin sədri İvan Başın çıxış edərək, əfsanəvi qəhrəmanın həyat yolundan danışıblar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler