» » Arif Hacılı Nəsib Nəsiblinin istefasından danışdı:

Arif Hacılı Nəsib Nəsiblinin istefasından danışdı: “Təəssüflənirəm..”

Bölmə: Siyasət
Arif Hacılı Nəsib Nəsiblinin istefasından danışdı:Müsavat Partiyasının başqanı Arif Hacılı Nəsib Nəsiblinin partiya üzvlüyündən istefa verməsinə münasibət bildirib.

"Xalqinfo.az" bildirir ki, A.Hacılı apa-ya açıqlamasında N.Nəsiblinin partiyadan çıxmaq haqqında qərarına təəssüfləndiyini deyib: “Nəsib Nəsiblinin partiya üzvlüyündən çıxması haqqında Xətai rayon təşkilatına ərizə göndərdiyi barədə mənə məlumat verilib. Nəsib Nəsibli Müsavat Partiyasının bərpa olunmasında və sonrakı fəaliyyətində xidmətləri olan şəxslərdən biridir. Onun partiyadan çıxmaq barədə qərar qəbul etməsinə görə təəssüf edirəm. Partiya üzvü olmasa da, Müsavat irsinə, milli ideologiyaya sadiq qalacağı qənaətindəyəm. Nəsib Nəsibliyə şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıram”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler