» » AXCP-dən kütləvi istefa verənlər haraya getdilər?

AXCP-dən kütləvi istefa verənlər haraya getdilər?

Bölmə: Siyasət
AXCP-dən kütləvi istefa verənlər haraya getdilər?Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsindən istefa verənlər Klassik Xalq Cəbhəsi Partiyasına (KXCP) üzv olmaq üçün müraciət ediblər.

Xalqinfo.az bildirir ki, bu barədə APA-ya AXCP Sumqayıt şəhər şöbəsinin sabiq sədri Kəmaləddin Rəhimov məlumat verib. O qeyd edib ki, istefa verən 52 üzvdən 48-i KXCP-yə üzv olmaq üçün partiyanın müvafiq qurumuna müraciət edib.

KXCP sədrinin müavini Xəzər Teyyublu isə APA-ya bildirib ki, bu barədə partiyanın təşkilat şöbəsi məlumatlandırılıb, müraciət edənlərin üzvlük qeydiyyatının aparılması barədə göstəriş verilib: “Onlar partiyanın Sumqayıt şəhər təşkilatına müraciət ediblər. Burada müvafiq prosedur aparılacaq”.

Xatırladaq ki, AXCP üzvlərinin istefasına səbəb K.Rəhimova qarşı aparılan kampaniyadır. Yayılan bəyanatda qeyd olunur ki, şöbəyə İsa Qurbanovun sədr seçilməsindən sonra yeni sədrlə sabiq sədr K.Rəhimov arasında narazılıq yaranıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler