» » Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

Bölmə: Siyasət
Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev noyabrın 22-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib.

Xalqinfo.az xəbər verir ki, görüşdə MDB məkanında radikal dini cərəyanların yayılmasının qarşısının alınması məsələləri, habelə Əfqanıstan İslam Respublikasında vəziyyət və Orta Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi tədbirləri müzakirə edilib, beynəlxalq terrorçuluğa qarşı mübarizənin bəzi aspektləri ilə bağlı məruzələr dinlənilib.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib. Çıxışda dini radikalizmin, ekstremizmin və terrorçuluğun qarşısının alınması sahəsində Azərbaycan Respublikasının müsbət təcrübəsi, o cümlədən müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, ölkəmizin hüquq mühafizə orqanları və xüsusi xidmətlərinin səmərəli fəaliyyəti barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və katibin müavini Rəşid Nurqaliyev, habelə Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib, həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Aparatı ilə 2018-2019-cu illər üçün Əməkdaşlıq Planı imzalanıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler