» » Nəsib Nəsibli Müsavatdan istefa verdi -

Nəsib Nəsibli Müsavatdan istefa verdi - YENİLƏNİB

Bölmə: Siyasət
Nəsib Nəsibli Müsavatdan istefa verdi -Keçmiş millət vəkili Nəsib Nəsibli Müsavat Partiyasının üzvlüyündən istefa verib


Xalqinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, N. Nəsibli ötən gün partiya sıralarından çıxması ilə bağlı Müsavatın Xətai Rayon Təşkilatına ərizə ilə müraciət edib.

N. Nəsibli açıqlamasında faktı təsdiq edib. Lakin o bu qərarı ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, N. Nəsibli milli-demokratik hərəkatda fəal iştirak edib, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilib, eyni zamanda Müsavat Partiyasının Azərbaycanda fəaliyyətinin bərpa edilməsi işində çalışıb. 1989-1992-də Yeni Müsavat Milli Demokratik Partiyasına başçılıq edib, Müsavat Partiyası Bərpa Mərkəzinin birinci katibi olub.

1994-1996-da Müsavat Partiyasının xarici əlaqələr katibi vəzifəsində işləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler