Prezident sərəncamda dəyişiklik etdiBölmə: Siyasət
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. “Xalqinfo”nun məlumatına görə, dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsində “İltimas Məmmədov - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” və “İlqar Fəti-zadə - Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini” sözləri çıxarılıb ; “Ədalət Vəliyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini” sözlərindən sonra “Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti”, “Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” və “Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru” sözləri əlavə edilib; “Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (komissiyanın məsul katibi)” sözləri “Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (komissiyanın məsul katibi)” sözləri ilə əvəz edilib. Xarici İşlər Nazirliyinə sərəncamda edilən dəyişikliklər barədə Özbəkistan tərəfinə bildiriş göndərmək tapşırılıb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|