» » Bu gün Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək

Bu gün Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək

Bölmə: Siyasət
Bu gün Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək
Bu gün Antalyada Türkiyə, Rusiya və İran xarici işlər naziri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Məhəmməd Cavad Zərifin görüşü keçiriləcək.

Xalqinfo.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, görüşün əsas mövzusu Suriya böhranının tənzimlənməsi olacaq.

Üç ölkənin xarici işlər nazirləri bu formatda ilk dəfə bu ilin dekabrında Moskvada görüşüb və Suriya böhranının tənzimlənməsi üzrə prosesin canlandırılması barədə razılığa gəliblər. Bir ay sonra isə Qazaxıstanın paytaxtında Astana formatı start götürüb. Bu formatın iştirakçıları qarant ölkələr qismində Türkiyə, Rusiya və İran, digər tərəfdən Suriya hökuməti və silahlı müxalifətdir. Doqquz ay ərzində Astana danışıqlarının 7 raundu keçirilib, nəticədə Suriyanın cənub-qərbində, Şərqi Qutada, Hums şəhərində və İdlib vilayətində təhlükəsiz zonaların yaradılması barədə qərar verilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler