» » Azərbaycanda özəl və bələdiyyə peşə məktəbləri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə məktəbləri yaradılacaq

Bölmə: Siyasət
Azərbaycanda özəl və bələdiyyə peşə məktəbləri yaradılacaq
Azərbaycanda mülkiyyət formasına görə üç cür peşə təhsili müəssisəsi fəaliyyət göstərə biləcək.

Xalqinfo.az-ın APA-ya istinadla məlumatına görə, yeni hazırlanmış “Peşə təhsili haqqında” qanun layihəsinin 10-cu (Peşə təhsili) maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət formasına görə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur.

Bütün peşə təhsili müəssisələrində isə tədrisin yalnız əyani formada keçirilməsinə icazə veriləcək.

Mülkiyyət formasından asılı olmayaraq, bütün peşə təhsili müəssisələrində hüquqi təminat eyni olacaq.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler