» » Həmsədrlərdən nazirlərin görüşü ilə bağlı yekun bəyanat

Həmsədrlərdən nazirlərin görüşü ilə bağlı yekun bəyanat

Bölmə: Siyasət
Həmsədrlərdən nazirlərin görüşü ilə bağlı yekun bəyanat
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə noyabrın 14-də və 16-da keçirdikləri görüşlərin yekunlarına dair bəyanat yayıblar.

Report-un məlumatına görə, birgə bəyanatda vasitəçilər bildiriblər ki, xarici işlər nazirləri ilə görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanın arasında 2017-ci il oktyabrın 16-da Cenevrə görüşü zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə konkret addımlar, eləcə də həmsədrlər tərəfindən Cenevrədə qaldırılmış məsələlər müzakirə olunub.

"Nazirlər 2017-ci ilin dekabr ayında Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində görüş keçirməyə razılıq veriblər. Həmsədrlər bu görüşün gündəliyini hazırlayacaq. Bura siyasi nizamlanmanın əsas məsələləri, eləcə də təmas xəttində gərginliyin azaldılması üçün konkret addımlar daxil olacaq. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətinin genişləndirilməsi məsələsinə xüsusi diqqət ayrılacaq", - bəyanatda deyilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler