» » İsveç Fələstin dövlətini tanıdı və 500 milyonluq yardım ayırdı

İsveç Fələstin dövlətini tanıdı və 500 milyonluq yardım ayırdı

Bölmə: Siyasət
İsveç Fələstin dövlətini tanıdı və 500 milyonluq yardım ayırdı
İsrailin xarici işlər naziri İsveçin qərarını utanc verici adlandırıb

İsveçin yeni hökuməti Fələstini müstəqil dövlət kimi tanıdığını açıqlayıb. Beləliklə də İsveç, Malta və Kipin yunan kəsimindən sonra Fələstini dövlət kimi tanıyan üçüncü Avropa Birliyi ölkəsi olub.

İsveçin xarici işlər naziri Marqot Volstrom Fələstinə aid torpaq, xalq və hökumətin beynəlxalq hüquq normaları baxımından, bir dövlət yaradılması üçün yetərli olduğunu bildirib. Volstrom onu da vuğulayıb ki, ölkəsi bundan sonra da İsraillə mükəmməl işbirliyini davam etdirəcək.

Nazir Təl-Əvivin də öz növbəsində İsveçin bu qərarına hörmətlə yanaşacağına ümid etdiyini deyib: “Fələstini dövlət kimi tanıma qərarı siyasi qərar deyil. Bu məsələdə bizim partiya maraqlarımız da önəm daşımayıb. Bu, İsveç hökumətinin İsraillə Fələstin arasında qalıcı barış əldə etmək üçün qəbul etdiyi tarixi qərardır”.

İsveçin Fələstinlə bağlı daha bir qərarı ölkəyə 500 milyon kron dəyərində yardım ayrılmasıdır. Xarici işlər naziri deyib ki, bu qərara İsrail və Amerika Birləşmiş Ştatlarından böyük tənqidlər gələcəyinin fərqindədirlər. Ancaq bununla belə, yardım ediləcək. İsveç yaxın illərdə Fələstində səfirlik açmağı da planlaşdırır.

“Dagens Nyheter” qəzeti üçün məqalə yazan Volstrom qeyd edir ki, İsrail-Fələstin münaqişəsinin çözümü beynəlxalq hüquq normaları çərçivəsində olmalıdır: “Bu çözüm iki dövlətli olmalıdır. İki dövlətli çözüm hər iki tərəfin bir-birini dövlət kimi tanımasından keçir. Başqa çözüm yolu yoxdur. İsveç bölgədə barış üçün ilk addımını atdı və Fələstini dövlət olaraq tanıdı. Bu proses İsrailin işğal etdiyi Doğu Qüdsdə yenidənqurmaya başlayacağı haqqında açıqlaması ilə tərəflər arasında gərginliyin artdığı dönəmə düşür. İsrailin xarici işlər naziri Avidqor Liberman İsveçin bu addımını “pozucu ünsürləri, Fələstin radikallarını dəstəkləyən pis bir qərar” adlandırıb. Liberman deyib ki, İsveç hökumətinin bu addımı sadəcə gərginliyi artıracaq utancverici qərardır. Ancaq biz bu fikirləri bölüşmürük”.

Avropa Birliyi daha öncə də uyğun zaman və şərtlər daxilində Fələstin dövlətini tanıyacağını bildirmişdi və tərəfləri sülhə dəvət etmişdi. musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler